621
12:48
16 Yanvar 2020

Ana və qardaş evin əşyalarını apardı, qadın özünü zəhərlədi

Mingəçevirdə evindən oğurluq edildiyi üçün özünü zəhərləyən qadın barədə məlumatlara aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, 2019-cu ilin sentyabr ayında Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən Səidə Qurbanova yaşadığı mənzildən əşyalarını qardaşını oğurlaması ilə bağlı məlumat verib. Şəhər Polis Şöbəsində aparılan araşdırma zamanı həmin evdə olan əşyaları S.Qurbanovanın qardaşı və anası Bərdə rayonunda yaşayan qohumlarının evinə apardığı, əmlak üstündə həmin şəxslərin ailəsində münaqişə olduğu müəyyən olunub.

Qardaşı isə onları oğurlamadığını, əşyaların anasına məxsus olduğunu iddia edib.

Tərəflərə əmlakın bölgüsünün müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmələri barədə hüquqları izah edilib.

Qeyd edək ki, APA -nın məlumatına görə, hadisə Texniki Rezin Məmulatları zavodunun arxasındakı bağ massivinin 3-cü küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.

Evindən oğrluq hadisəsi baş verdiyi səbəbindən sarsıntı keçirən 46 yaşlı ev sahibi Səidə Qurbanova normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, xarici ölkələrdən birindən evinə dönən xanım evinin naməlum şəxslər tərəfindən qarət olunduğunu görüb. Evdən qiymətli və zinət əşyalarının oğurlandığı deyilir.