“Karmen” yenidən Opera və Balet Teatrının səhnəsində...
14 yanvar 2020 12:24 (UTC +04:00)

“Karmen” yenidən Opera və Balet Teatrının səhnəsində...

Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş ediləcək.

Teatrdan Lent.az-a bildirilib ki, operada Karmen partiyasını Xalq artisti Fidan Hacıyeva ifa edəcək. F.Hacıyeva ilə yanaşı, səhnə əsərində teatrın solistlərindən xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Əliəhməd İbrahimov (Remendado), Tural Yahyayev (Dankayro), solist Nina Makarova (Mersedes) iştirak edəcəklər.

Opera teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

# 1690
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar