1946
21:15
10 Yanvar 2020

2020-ci ilin ilk Ay tutulması başladı

2020-ci ilin ilk Ay tutulması başlayıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA -ya verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Saat 21:08-də başlayan tutulma hadisəsi saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Dİgər xəbərlər