Bakıda evdən külli miqdarda oğurluq edildi
10 yanvar 2020 18:43 (UTC +04:00)

Bakıda evdən külli miqdarda oğurluq edildi

 

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 5500 manat, 1000 dollar və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar