Türkiyənin ASELSAN şirkəti Türk Telekomun əməkdaşlığı ilə hazırlanacaq yerli smartfonun 2027-ci ilin ilk yarısında satışa çıxarılması planlaşdırılır.
Lent.az xəbər verir ki, telefon Malatyada istehsal olunacaq. ASELSAN cihazın aparat təminatı və istehsalına, Türk Telekom isə proqram təminatı, marketinq, distribusiya və markalaşdırma işlərinə cavabdeh olacaq.
Smartfonun premium, üst və orta seqmentlərdə təqdim ediləcəyi, xüsusilə batareya və kamera göstəricilərinə diqqət yetiriləcəyi bildirilib.
İlk mərhələdə Android əməliyyat sistemi ilə təqdim olunacaq telefonun gələcək versiyalarında yerli əməliyyat sistemi və yerli çipdən istifadə edilməsi planlaşdırılır.
Cihazın adı isə hələ açıqlanmayıb. Beş ad variantının hazırlandığı və yekun adın daha sonra müəyyənləşdiriləcəyi bildirilib.