Sabah hava necə olacaq? - PROQNOZ
01 yanvar 2020 14:05 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gündüz arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-12°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458

Oxşar yazılar