4618
14:20
31 Dekabr 2019

"Ağzım əyilib, göyərib" - Mətanət İsgəndərli - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin başına iş gəlib.
Müğənni "5 gəlin" proqramına ailəsi ilə birlikdə qonaq olub. İfaçı bildirib ki, son günlər yuxuda qorxulu hadisə gəlib:

"Neçə vaxtdır yuxuda qışqırıram. Başımın üstündə adam dayanır. Qışqırıram ki, get, getmir, dayanıb baxır. Axırda getdi. Yenicə yuxuya getmişdim ki, hiss etdim beynimə çəkiclə vurdular. Qışqırdım, atam da eşitdi. Yuxu deyildi, real hadisə idi. Səhər yuxudan oyandım ki, ağzım əyilib, göyərib. Atam məni görüb, ağlamaqdan dayanmadı. Atam seyid ailəsindəndir. Əlini üzümə çəkdi, dualar oxudu, düzəldim".

(Axşam.az)