Şairə Nazilə Səfərli ARB kanalında yayımlanan “Hüseynova bacıları” proqramında qonaq olub.
Aparıcının 2020-ci ildə də qalmaqallı söhbətlərlə yadda qalmaq fikrin varmı sualına şairə belə cavab verib:
“Heç zaman gözlədiyimiz olmur, gözlənilməzlər olur. Ona görə mən yenə də söz-söhbətlər gözləyirəm ki, rəvanlıq olsun. Küsülü olduğum insanları özümə yük bilmirəm. Görsəm ki, səhvim var, gəlib üzr istəyərəm. Mən danqabaşlardan üzr istəyə bilmərəm. “Köhnə hamam, köhnə tas” mənimlə küsülü olan insanlardırsa, mən onlarla 2020-ci ilə getmirəm. Onlar elə köhnə ildə qalsın. Mən özümə yeni “hamam” tikdirərəm”.
(Axşam.az)