981
11:14
30 Dekabr 2019

Bakıda maşınla vurulan piyada öldü - YENİLƏNİB

Bakıda avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində qəzada ölən şəxsin, Suraxanı rayon sakini, 51 yaşlı Məmişov Asif Hüsən oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

10:17

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi üçün araşdırmalar aparılır.

Dİgər xəbərlər