Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Yusif Səfərov küçəsində baş verib.
“KİA” markalı avtomobili idarə edən xanım sürücü idarəetməni itirərək “VAZ 2106” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində “VAZ 2106”da olan 1 nəfər xəsarət alıb.
DYP əməkdaşları tərəfindən “KİA”nın sürücüsü müayinə üçün Alkoqol sərxoşluğunun təyinetmə məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.