Samsungun “Galaxy S27 Ultra” modelinin arxa kamera dizaynı ilə bağlı yeni görüntülər yayılıb.
Lent.az xəbər verir ki, sızdırılan görüntülərə görə, daha əvvəl iddia edilən üfüqi kamera dizaynından imtina edilib.
Yeni dizayn “iPhone” modellərindəki kamera platformasına bənzəyir. Bu quruluşun telefonu masa üzərində daha stabil saxlaması və maqnitli Qi2 aksesuarları üçün daha geniş sahə yaratması gözlənilir.
Məşhur insayder “Ice Universe” bu dizaynın istifadəçilər tərəfindən ciddi tənqidlə qarşılanacağını bildirib.
Sızdırılan məlumatlara görə, yeni kamera platforması yalnız “Galaxy S27 Ultra”da olacaq, standart S27 modellərində isə hazırkı dizayn qorunacaq.