456
12:00
21 Dekabr 2019

Bakıda qaraçı uşaqlar tanınmış futbolçunu qarət etdilər

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvane "Zirə" futbol klubunun oyunçusudur.