Cəlilabadda birmərtəbəli evdə yanğın olub.
Lent.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Dələli kəndində qeydə alınıb. Kənd sakini Qədir Qürbətova məxsus yaşayış evi yanıb.
Yanğınla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və əraziyə dərhal yanğınsöndürən qüvvələri cəlb olunub.
Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.
Yanğın zamanı xoşbəxtlikdən ölən yaxud xəsarət alan olmayıb.
İlkin Rzayev