19:51
20 Dekabr 2019

2020-ci ilin ideal smartfonu AÇIQLANDI



"AnTuTu" proqramının tərtibatçıları mobil cihazları sınamaq üçün "Snapdragon 865" prosessorunu sınaqdan keçiriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, ekspertlərin sözlərinə görə, 2020-ci ilin əsas smartfonları çip əsasında qurulacaq.

Sınağın nəticələrini nəzərə alan mütəxəssislər "Snapdragon 865" bazasında smartfonlar üçün ideal xüsusiyyaətləri açıqlayıblar.

Beləliklə, ekran ölçüsü 2880x1440 piksel, operativ yaddaş həcmi 12 gigabayt, daxili yaddaşı isə 128 gigabayt olmalıdır.

Sınaq nəticəsində çip "Snapdragon 865" özü 564970 bal toplayıb və "iPhone 11" xətti ilə işləyən mobil cihazları, "Snapdragon 855" və "Apple A13 Bionic" prosessorlarını geridə qoyub.

Snapdragon 865 prosessorunu 2020-ci ildə buraxılması planlaşdırılan "Xiaomi Mi 10" və "Samsung Galaxy S11" smartfonlarının alacağı gözlənilir.

Dİgər xəbərlər