"Liverpul" "Zalsburq"un hücumçusunu alır
18 dekabr 2019 19:11 (UTC +04:00)

"Liverpul" "Zalsburq"un hücumçusunu alır

İngiltərənin “Liverpul” klubu Avstriyanın “Zalsburq” komandasının hücumçusu Takumi Minaminonu transfer etmək niyyətindədir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 24 yaşlı yaponiyalı hücumçu dekabrın 18-də Liverpulda tibbi müayinədən keçəcək. Onun qış transfer pəncərəsində “Liverpul”ın heyətinə qatılacağı bildirilir. İngiltərə klubu bu transfer üçün Avstriya təmsilçisinə 9,5 milyon dollar ödəyəcək.

T.Minamino bu mövsümdə “Zalsburq”un heyətində keçirdiyi 22 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208

Oxşar yazılar