931
09:48
21 Dekabr 2019

Tüstüdən zəhərlənənə bunu etmək lazım imiş – AÇIQLAMA 

Son günlərdə ölkədə şiddətli yanğınların sayı artır. Yanğın zamanı isə ən çox rast gəlinən hallardan biri tüstüdən zəhərlənmədir.

Bəs tüstüdən zəhərlənən zaman ilkin tibbi yardım olaraq nə etmək lazımdır?

Lent.az mövzu ilə bağlı Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovla əlaqə saxlayıb.

A. Maqsudov bildirib ki, tüstüdən zəhərlənən insanı ilk olaraq təmiz havaya çıxarmaq lazımdır:

“Tüstüdən zəhərlənmə zamanı ilk yardım olaraq insanı hadisə yerindən təmiz havaya çıxarmaq və isti su vermək olar. Tüstü dəm qazından fərqli olaraq ciddi fəsadlara yol açmır. Belə ki, təmiz havaya çıxarılandan sonra həmin insanda artıq yaxşılığa doğru vəziyyət dəyişir. Əgər vəziyyət ciddi olarsa, mütləq zərərçəkəni xəstəxanaya çatdırmaq lazımdır”.