Qonşusunun keçilərini oğurlayan tutuldu
22 noyabr 2019 17:39 (UTC +04:00)

Qonşusunun keçilərini oğurlayan tutuldu

 

Oğurluq etdiyinə görə tutulan R.Zeynalovun ətrafında Masallı rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun noyabrın 5-də Şərəfə kəndindəki evlərin birindən 470 manat oğurlaması da müəyyən edilib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan R.Vəliyevin ətrafında Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları və F.İbrahimova məxsus 2 baş inəyi oğurlaması da məlum olub. 

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 26-dan 30-dək olan müddətdə Talıstan kənd sakini S.Hüseynovun evinin həyətindən 2 baş keçi oğurlamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş A.Məmmədovu saxlayıblar.

 

# 1225
avatar

Mehman Nəbiyev

Oxşar yazılar