Yeniyetmələr üçün xüsusi “ChatGPT” versiyası  təqdim edildi
19 avqust 2026 01:10 (UTC +04:00)

Yeniyetmələr üçün xüsusi “ChatGPT” versiyası təqdim edildi

0

“OpenAI” yeniyetmələr üçün xüsusi “ChatGPT” versiyasını təqdim edib.

Lent.az xəbər verir ki, “OpenAI” 13-17 yaş arası istifadəçilər üçün nəzərdə tutulmuş “ChatGPT for Teens” versiyasını istifadəyə verib.

Yeni versiyada yeniyetmələrin təhlükəsizliyini artırmaq üçün əlavə məhdudiyyətlər tətbiq olunub.

Belə ki, süni intellekt özünə zərərvermə, zorakılıq, qidalanma pozuntuları və digər həssas mövzularda daha sərt qaydalarla işləyəcək.

Sistem istifadəçinin yaşını özünün bildirdiyi məlumatlar, davranış və hesab göstəriciləri əsasında müəyyənləşdirir. İstifadəçinin 18 yaşdan kiçik olduğu ehtimal edilərsə, daha təhlükəsiz rejim avtomatik aktivləşdirilir.

Yeni versiyada valideynlər üçün də nəzarət imkanları yaradılıb. Onlar “Sakit saatlar” müəyyən edə, bəzi parametrləri idarə edə və ciddi təhlükəsizlik halları ilə bağlı bildirişlər ala biləcəklər. Bununla belə, valideynlər övladlarının yazışmalarını və söhbət tarixçəsini görə bilməyəcək.

“ChatGPT for Teens” həmçinin dərs və ev tapşırıqları üçün xüsusi alətlər təqdim edir. Sistem hazır cavabı vermək əvəzinə şagirdə məsələnin həllini anlamağa kömək etməyə, testlər və vizual izahlar təqdim etməyə çalışacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar