Ağstafada "tok" vuran 15 yaşlı Ömər Nəsibov vəfat edib.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 2011-ci il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22.08.2026-cı il tarixində saat 20:10 radələrində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, "qafqazinfo"nun yaydığı xəbərə görə, 15 yaşlı Ömər Nəsibovu “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyərkən elektrik cərəyanı vurub.