
"APASport" yenidən sizinlə!

Azərbaycanda ilk idman agentliyi "APASport" fəaliyyətini davam etdirir. Apasport.az saytı 2007-ci il martın 5-də yaranıb.
Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.
2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.
2012-ci Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.
Klublarımızın beynəlxalq arenada, milli komandalarımızın dünya və Avropa çempionatlarında, müxtəlif yarışlarda görüşlərindən onlayn reportajlar, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirləri oxuculara təqdim edilir, analizlər hazırlanır, video görüntülər və fotosessiyalar yerləşdirilir.
"APASport" İnformasiya Agentliyi "APA Group" media şirkətinə daxildir.
Agentliyin baş redaktoru Tahir Hümmətovdur.

Oxşar yazılar

“F-16-lar təyyarəmizi səmada əhatəyə aldılar... Dedim çox öpmə, səhv başa düşərlər” - SİRLİ ULDUZLAR
22 yanvar 2021 , 20:15
FİFA-nın keçmiş prezidenti komaya düşdü
22 yanvar 2021 , 19:17
Millimizin futbolçusuna Hollandiya klubunda yer açıldı
22 yanvar 2021 , 19:11
“Real”ın baş məşqçisi koronavirusa yoluxdu
22 yanvar 2021 , 16:36
Messinin cəzası azaldılmadı
22 yanvar 2021 , 14:43
“Qalatasaray” İtaliya klubundan hücumçu aldı
22 yanvar 2021 , 12:02
Superliqada hər kluba 350 milyon avro
22 yanvar 2021 , 09:04
Türkiyə millisinin üzvü “Qalatasaray”a keçir
21 yanvar 2021 , 16:51