Ağstafada iki maşın  toqquşdu, xəsarət alanlar var
12 avqust 2026 08:32 (UTC +04:00)

Ağstafada iki maşın toqquşdu, xəsarət alanlar var

0

Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 2007-ci il təvəllüdlü E. Fərəcov, 2007-ci il təvəllüdlü B. Həsənov və 2007-ci il təvəllüdlü T. Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar