Rusiya vətəndaşı Bakıdan avadanlıq aldı, pulunu vermədi
12 noyabr 2019 11:49 (UTC +04:00)

Rusiya vətəndaşı Bakıdan avadanlıq aldı, pulunu vermədi

Sumqayıt sakini, 51 yaşlı Nuriyev Rasim Səbuhi oğlu Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək 40 yaşlı Rusiya vətəndaşı Xaxıyev Pərviz Hakim oğlunun ötən ilin noyabrında mağazadan 14382 manatlıq istilik avadanlığı aldıb pulunu vermədiyini bildirib.

Lent.az-ın Respublika Prokurorluğuna istinadla verdiyi məlumata görə, faktla bağlı Bakı şəhər Baş Polis İdarəsində toplanan material dünən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olub.

Hazırda araşdırma aparılır.

# 721
avatar

Mehman Nəbiyev

Oxşar yazılar