Türkiyənin tanınmış futbol simalarından Sergen Yalçınla müğənni və aktrisa Hülya Avşarın illər əvvəl lentə alınmış görüntüləri yenidən gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kadrlarda Sergen Yalçının gənclik illərindəki danışıq tərzi, xüsusilə indikindən xeyli fərqlənən səs tonu sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Söhbətin davamında mövzu qadın-kişi münasibətlərinə gəlib. Görüntülərdə Hülya Avşar kişinin şorgöz ola biləcəyi ilə bağlı fikirlər səsləndirib. O dönəmdə 24 yaşında olan Sergen Yalçın isə müğənninin fikirlərini təsdiqləyib.