“Mən sənin üçün təlxək deyiləm” - Baş məşqçi
11 noyabr 2019 09:35 (UTC +04:00)

“Mən sənin üçün təlxək deyiləm” - Baş məşqçi

İngiltərə Premyer Liqasının XII turunun “Liverpul” – “Mançester Siti” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

APA-nın məlumatına görə, 3:1 hesablı qələbə qazanan mersisaydlıların baş məşqçisi Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb.

Görüş bitən kimi meydana çıxıb azarkeşlərə təşəkkür etmək istəyən almaniyalı mütəxəssis onu çəkən operatora sərt cavab verib. Televiziya işçisi Y.Kloppdan xahiş edib ki, kameraya yumruq göstərsin.

Almaniyalı buna əsəbi cavab verib: “Mən sənin üçün təlxək deyiləm”.

Qeyd edək ki, “Liverpul” 12 turdan sonra 34 xalla Premyer Liqanın lideridir.

# 1569
avatar

Oxşar yazılar