İranda zəlzələ: 5 ölü, 120 yaralı
08 noyabr 2019 09:24 (UTC +04:00)

İranda zəlzələ: 5 ölü, 120 yaralı

İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub, 120-dən çox şəxs yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.

Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182

Oxşar yazılar