
Həkimlərin işə qəbulunda hansı yeni qaydalar olmalıdır? - TƏKLİF
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hazırda həkimlərin işə qəbul qaydaları layihəsi üzərində iş aparır. Qurumdan bildirilib ki, sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.
Bəs həkimlərin işə qəbulunda hansı dəyişikliklər olmalıdır?
Professor Adil Qeybulla Lent.az-a bildirib ki, Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar barəsində danışır, amma necə aparılacağını hələ açıqlamayıb: “Hesab edirəm ki, bu məsələdə dünyada olan qaydalarla hərəkət etsək, daha yaxşı olar. Çünki bunlar ən sınanmış metodlardır. İşə qəbulun Azərbaycansayağı üsullarla olmasa daha yaxşı olar. Əgər bir həkim ali məktəbi bitirib və dövlət ona diplom veribsə, rezidenturadan keçib uzmanlıq dərəcəsi də alıbsa, təbii ki, həkim kimi işləmək hüququ qazanıb”.
Dünyada həkimlərin işə qəbul prosesinin tamamilə fərqli şəkildə aparıldığını deyən professor hesab edir ki, bizdə də belə olmalıdır: “Ali məktəbi bitirmiş həkim mərkəzləşdirilmiş yerlər üzrə vakansiyalara müraciət edir və hansı klinikada boş yer varsa, onu qəbul edirlər. Məsələn, bu gün Azərbaycandan Almaniyaya gedən uşaqlar həmin qayda ilə gedib işləyirlər. Biz də bu qayda olmalıdır”.

Aygün İbrahimli
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16