4163
19:08
06 Noyabr 2019

“Mercedes”in inanılmaz MÜHƏRRİKİ - Hər kəs ŞOKDA

Mixael Lickl adlı şəxs 25 il əvvəl aldığı “Mercedes 200 D” markalı avtomobilini 1 milyon kilometr sürüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu illər ərzində avtomobilin ümumi təmir xərci 58,563 avro olduğu halda, yanacaq xərci 53,786 avro tutub.

55 yaşlı Mixael avtomobilinin 100 kilometrlik məsafə üçün 6 litr yanacaq sərf etdiyini deyib. Maşının ban hissəsinin hələ də yerində olması onu görənləri heyrətləndirir. Dözümlü “W124” hələ də ən çox maraq çəkən “Mercedes”lərdən biridir.