Qayınanası Elnarəyə görə efirə zəng etdi: "Onun kimi gəlin..."
18 oktyabr 2019 10:48 (UTC +04:00)

Qayınanası Elnarəyə görə efirə zəng etdi: "Onun kimi gəlin..."

Müğənni Elnarə Xəlilovanın qayınanası Tamaşa xanım “5/5” verilişinin canlı efirinə zəng edib.

Lent.az-ın məlumatına görə, qayınana gəlinindən çox razı olduğunu söyləyib: 

“Mənə yalvarır ki, gəl bizimlə qal. Elnarə kimi gəlin bəlkə də Azərbaycanda yoxdur. Mən onu ayırmadım. Onlar üçün ev aldım, onları ora köçürtdüm. Mən də kiçik oğlumla yaşayıram. Onun üçün hər şey edirəm. Yeməklərini bişirirəm, pomidor, xiyar tutması düzəldirəm. Demək olar ki, yenə də bir yerdə yaşayırıq. Həftənin 5-ci günü gəlirlər, 1-ci gün tezdən evlərinə qayıdırlar”.

Qeyd edək ki, E.Xəlilova Rövşən adlı bəylə evlidir. Onun bu evlilikdən 4 övladı var.

 

# 2037
avatar

Yalçın UĞUR

Oxşar yazılar