

Növbəti sosial evlər sabah satışda: BUNLARA ƏMƏL EDİN
Sabah - oktyabrın 15-də saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzillərin onlayn satışı keçiriləcək.
Bu barədə Lent.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, ekspert Osman Gündüz bildirib ki, bu dəfə onlayn mənzil seçimində əvvəlki prosedurlardan fərqli yeni bir tələb qoyulub:

“Seçim prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA”dan (simvollardan ibarət avtomatlaşdırılmış kod) istifadə ediləcək. MİDA bununla sistemdən istifadə edənin insan, yoxsa robot (proqram) olmasını müəyyənləşdirmək üçün istifadə edəcək. Bu artıq o deməkdir ki, mənzil seçmək üçün istifadəçi əlavə simvolları da sistemə daxil etməli olacaq və bununla da tələb olunan proseduralar və zaman artacaq. Ümid edirəm ki, istifadəçilər bu prosesi artıq yenilənmiş satış modulunun sınaq (demo) versiyasında sınaqdan keçiriblər”.
Ekspert qeyd edib ki, mənzil seçimində uğur qazanmaq üçün iddiaçılar sınaq versiyalardan mümkün qədər çox istifadə etməlidirlər:
”Həmçinin, uduş sansını yüksəltmək üçün, normal kompüter, keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olmalıdır. İddiaçıların satış vaxtından bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olması tövsiyə olunur. Elektron İmza və ya Asan İmza işlək vəziyyətdə də olmalıdır”.
Osman Gündüz son olaraq MİDA-nın bu dəfə də onlayn satış prosesinin sosial mediada və ya televiziyada canlı yayımını nəzərdə tutmamasına təəssüflənib.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27