<span style="color:red;">"Kişidən niyə mazut iyi gəlməlidir?"  - Vasif saç əkdirməsindən danışdı
14 oktyabr 2019 13:09 (UTC +04:00)

"Kişidən niyə mazut iyi gəlməlidir?" - Vasif saç əkdirməsindən danışdı

Əməkdar artist Vasif Məhərrəmli “Ay Zaur” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, müğənni saç əkdirməsindən danışıb:

“Saç əkimi məndə də olub, heç də peşman deyiləm. Elə bir insan yoxdur ki, saçları tökülsün və kompleks keçirməsin. Bu səhnə gözəllik, yaraşıq, qamət tələb edir. Çirkin insan yoxdur, gərək özünə baxasan. Belə bir deyim var: “Kişidən mazut iyi gələr”. Bununla razılaşmıram. Kişidən niyə mazut iyi gəlməlidir? Dünyanın ən bahalı ətirlərindən istifadə edirəm. Mazut iyi gələnin yanında da oturmaram”.

Vasif ailəsindən də söz açıb: “Bir övlad imkanı çatırsa, zamanında valideynini sevindirməlidir. Allah onun əvəzini min qat verir. Anam Qazaxda yaşayır. Gün ərzində bir dəfə əlaqə saxlayıram. Qardaşım da Qazaxda yaşayır. 6 uşağıq, hamısı da həyatdadır. Özümdən qabaq onları yerbəyer etmişəm. Qazaxdakı evimdən qabaq böyük qardaşımın mənzilini təmir etdirmişəm. Qardaşım oğluna toy etdirmişəm. Gücüm nəyə çatırsa, onu da edirəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1280

Oxşar yazılar