Mətanət <span style="color:red;">ƏRƏ GEDİR : "Kişi o deyil ki..." - <span style="color:red;">VİDEO
14 oktyabr 2019 12:25 (UTC +04:00)

Mətanət ƏRƏ GEDİR: "Kişi o deyil ki..." - VİDEO

Müğənni Mətanət Əsədova 2-ci dəfə ailə qurmağa hazırlaşır.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Söhbət var” verilişində deyib:

“Çox gözəl inansdır. İstəmir ki, onun barəsində danışım. Qabaqcadan deməyin düşər-düşməzi olur. Təxminən 6-7 ay olar ki, bir yerdəyik. Allah qismət eləsə, toya hazırlaşıram. Toyumu da Əlikram Bayramov oxusun. Bir-birimizə uyğun yaşdayıq. O, insanın işləri Azərbaycandan kənardadır. Mənə böyük dəyər verir. Mən ilk öncə bütün münasibətlərdə hörmətə üstünlük verirəm. Bu günə qədər istədiyim adam yox idi, ona görə də tək idim. Artıq tək deyiləm. Kişi o deyil ki, qadına kobud cavab versin. Kişi qadına hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, M.Əsədova 1 dəfə ailəli olub, boşanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3032

Oxşar yazılar