Alimlər neyronların əsas hissələrindən biri olan aksonların klassik dərsliklərdə göstərildiyi kimi hamar borular olmaya biləcəyini müəyyən ediblər.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Johns Hopkins Medicine tədqiqatçıları aksonların əslində bir-birinə bağlanmış xırda muncuqları xatırladan quruluşa malik ola biləcəyini müşahidə ediblər.
Maraqlıdır ki, həmin “muncuqların” forması neyronun aktivliyindən asılı olaraq dəyişə bilər. Kəşf sinir hüceyrələrinin elektrik siqnallarını necə ötürdüyünün daha yaxşı anlaşılmasına kömək edə bilər.