
Yetkinlik yaşına çatmayanlara araq və siqaret satanlar cəzalandırılıb
Xırdalan şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslərə protokollar tərtib olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45