<font color=red>&#174; </font>"Kalinka" yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi
17 sentyabr 2019 14:00 (UTC +04:00)

® "Kalinka" yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi

 
“Kalinka” yağı markası, yalnız dadına və sağlamlığa olan xeyrinə görə deyil, həm də müntəzəm təşkil olunan əyləncəli konsertlərinə görə hər zaman
istehlakçılara yaxın olmuşdur. Beləliklə, Bakı və Sumqayıt şəhərlərinin supermarketləri qarşısında keçirilən konsertlərdən sonra “Kalinka” yenidən
respublikanın bölgələrində bayram tədbirlərinə start verir.
 
Konsertlər “Kalinka” üçün özəl hazırlanmış "Kalinka Əyləncə Avtomobili" vasitəsilə keçirilir. Bu avtomobil qonaqları həm əyləndirəcək, həm də hədiyyələr və endirim kuponları paylayacaq. Rəqslər, mahnılar, müsabiqələr, hədiyyələr, qrupların çıxışları - bütün bunlar qonaqlara əsl payız bayramının unudulmaz abu-havasını bəxş edəcəkdir. 
 
Hər həftə avtomobil, müxtəlif şəhərlərin sakinlərinə bu cür sevinc dolu anlar yaşadacaqdır. Yeni həftə - yeni bir rayon mərkəzi!
 
Konsertlər Sentyabrın 17-dən başıayaraq, ardıcıl olaraq Şəki, Zaqatala, Mingəcevir, Bərdə və Gəncədə baş tutacaq.
İlk konsert 17-23 sentyabr tarixlərində Şəki şəhərində “Bazarstore” marketinin qarşısında keçiriləcək. Daha sonra isə qastrol şənlikləri 24-27
sentyabrda Zaqatalada, 28-30 sentyabrda Miqəcevirdə, 1-4 oktyabrda Bərdədə, 5-11 oktyabrda isə Gəncədə davam etdiriləcək. Beləliklə
“Kalinka”nın sevinc paylaşımı daha 6 haftə davam edəcək.
 
Qeyd edək ki, şənliklər zamanı təşkilatçılar tərəfindən sakinlərə xüsusi kuponlar paylanacaq və bu kuponlar vasitəsilə “Kalinka” yağları alacaq
şəxslərə 10% endirim ediləcək.
 
Yerli yeməkləri ləzzətli və incə hala gətirən kərə yağının bol istifadəsi ilə məşhur olan Azərbaycan milli mətbəxinin yeməklərini hazırlayarkən bu
məhsulun yüksək istehlakını nəzərə alsaq, qənaət əhəmiyyətli ola bilər. 
Brend yalnız məhsulların keyfiyyətini, millətin sağlamlığını və daim endirim aksiyalarını fikirləşmir, həm də istehlakçıların yaxşı əhval-ruhiyyəsi ilə
maraqlanır. Şirkətin müsbət imicinin formalaşması müştərilərin uzun illər boyunca göstərdiyi etimadı ilə əlaqələndirilir.
 
Buna görə də “Kalinka” tərəfindən təşkil olunan konsert tədbirlərində aktiv iştirak edərək, siz ailənizlə təmiz havada istirahət etmək və
müəyyən bonuslar qazanmaqdan başqa, həm də sevimli yağın uzun illər boyunca istehsalçısının keyfiyyətini dəyərləndirmək üçün əla bir fürsət
qazanacaqsız. 
 
Konsertlərə hamı dəvətlidir. “Kalinka”əyləncə, hədiyyələr və xoş əhval mövsümünü rəsmi olaraq açıq elan edir.
 
# 826
avatar

Oxşar yazılar