
“Elə bildim, zarafat edirlər” - Dil bilməyən səudiyyəli ata səhvən 2 təyyarə aldı
Səudiyyə Ərəbistanlı ata uşaqlarına doğum günü sürprizi etmək məqsədilə internet üzərindən kiçik mühərrikli təyyarə sifariş etmək qərarına gəlib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının enerji şirkətlərindən birinin sərmayəçisi olan, lakin adının çəkilməsini istəməyən ata dünyanın ən böyük aviaşirkətləridən olan “Airbus”un elektron səhifəsinə daxil olur.
Səhifə ingilis dilində olduğundan və sərmayəçi atanın dili zəif bilməsi üzündən səhfən iki “Airbus A350-1000s” markalı təyyarə sifariş edib. Hətta buna görə hesabından 365 milyon dollarlın şirkətin balansına keçirilməsini də təsdiqləyir.
Öz “səhv”indən söz açan ərəbistanlı ata yarı zarafat, yarı ciddi deyib ki, "Biraz bahalı idi, amma yenə də ürəyimcə idi".
Aylar sonra şirkətdən təyyarələri kimlərin idarə edəcəyi ilə bağlı sorğu gəlir. Elə maraqlısı da bu andan başlayıb. “Təyyarələri” ifadəsi atanı təəccübləndirib:
“Məndən soruşdular ki, təyyarələri kimlər idarə edəcək. Əvvəlcə elə bildim zarafatdı. Sonradan hər şey bəlli oldu”.
Sonda səhvini başa düşən ata özünü sındırmayaraq cavab verib ki, təyyarələrdən birini özü, digərini isə əmisi oğlu üçün sifariş verib.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18