Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi
28 sentyabr 2026 17:37 (UTC +04:00)

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə kürəkəni Rəşad Hüseynovu öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Firdovsi Hüseynovun 8 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 

Qeyd edək ki, dövlət ittihamçısı  təqsirləndirilən Firdovsi Hüseynovun 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Belə ki, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyi üçün bıçaqlayıb. Xəstəxanaya çatdırılan R. Hüseynov 40 gün sonra  vəfat edib.

Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar