
Ərdoğan: “Terrorla mübarizədə ən kiçik boşluğa yol verməyəcəyik”
“Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir. Şəhid ailələrini qapı arxasında qoyanları biz də qapı arxasında qoyarıq”.
APA-nın yerli bürosunun xəbərinıə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasında zabit və çavuş məzunların buraxılış mərasimində işdən çıxarılan 3 bələdiyyə sədrləri haqqında danışarkən bu fikirləri bildirib.
Ərdoğan deyib ki, Türkiyə dövləti terrorla mübarizədə ən kiçik bir boşluğa yol verməyəcək, qədim tarixi olan bu dövlətin bayrağını gələcək nəsillərə təhvil vermək üçün həm rəsmi dairələrdə, həm də meydanlarda qətiyyətini davam etdirəcək: “Millətin pulunu dağa göndərənlərin tamaşaçısı olmayacağıq. Kim terrorla, terrorçularla əlbir olarsa, o zaman biz də xalqın bizə verdiyi səlahiyyətlərdən istifadə edərik. Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir”.
Ərdoğan əlavə edib ki, məsumla terroirçuya fərq qoymadan milyonlarla insanı öldürənləri demokratiya tərəfdarı kimi qəbul edirlər: “Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, o şəkildə davranacağıq. S-400 almamız da təhlükəsizliyimizin təminatı üçündür. Biz Türkiyə xalqı şəhidlər verərkən, öz rahat şəraitlərinin pozulmasından narahat olanların sözünə görə hərəkət edəcək deyilik”.
Qeyd edək ki, avqustun 19-da Türkiyənin Diyarbəkir, Van və Mərdin böyükşəhər bələdiyyə sədrləri terrorla əlbir olmaqda şübhəli bilindikərinə görə, işdən azad olunub. Onların barəsində istintaq araşdırmalarına başlanıb.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46