
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə start verilib
Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsi təşkil edilib.
Bu gün yeniyetmə və gənclər onlar üçün yaradılmış düşərgəyə yola düşüblər.
Düşərgə iştirakçıları yola düşməzdən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra düşərgə iştirakçıları Şəhidlər Xiyabanında və II Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, məzarları üzərinə tər güllər düzüblər.
Düşərgə iştirakçıları Türk Şəhidliyi Kompleksini də ziyarət etdikdən sonra Quba rayonunda yerləşən düşərgəyə yola düşüblər.
Oxşar yazılar

Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17