"Azərbaycanda əhalinin gəlirləri 6,6 faiz artıb" - Şahin Mustafayev
14 avqust 2019 17:37 (UTC +04:00)

"Azərbaycanda əhalinin gəlirləri 6,6 faiz artıb" - Şahin Mustafayev

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz artıb.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə artım 3,2, qeyri-neft sənayesində 15,7, ticarət dövriyyəsində 20 faizdən çox, qeyri-neft ixracında 15, kənd təsərrüfatı məhsullarının istehsalında 13 faiz artıb.
 
Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib.
# 795
avatar

Oxşar yazılar