ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb.
Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunması planlaşdırılıb. Lakin əməliyyat briqadası səhvən onun sağlam sol ayağını kəsib.
Bu ağır tibbi səhvdən sonra qadının şişdən zədələnmiş sağ ayağının da amputasiya edilməsinə ehtiyac yaranıb. Nəticədə o, hər iki ayağını itirib.
Məlumata görə, əməliyyata rəhbərlik edən cərrah əvvəlcədən amputasiya olunmalı ayağı aydın şəkildə işarələyib. Hətta sağlam səhv ayaq amputasiya edildikdən sonra belə, sağ ayaqdakı həmin işarənin toxunulmaz qaldığı bildirilir.
Klinika rəhbərliyi əməliyyat blokunda təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu rəsmən etiraf edib.
Əməliyyatda iştirak edən bütün tibb əməkdaşları dərhal vəzifələrindən uzaqlaşdırılıblar.
Zərərçəkmiş qadın yaranmış əlilliyə, tibbi xərclərə və mənəvi zərərə görə tam maliyyə kompensasiyası tələb edir.