
Məhkəmənin bu qərarının icrasında polis də iştirak edəcək
Ədliyyə Nazirliyinin Kollegiyası “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya şöbələri, icra idarələri və şöbələri (qurum) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, habelə probasiya nəzarətini həyata keçirən yerli struktur qurumlarıdır.
Dəyişikliyə əsasən, yerli icra və probasiya qurumlarının vəzifələri artırılıb. Bu qurumların yeni vəzifələri aşağıdakılardır:
- icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək;
- icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat vermək;
- əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparmaq;
- qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin etmək.
Yerli icra və probasiya qurumlarına borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması zamanı, habelə borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda Daxili İşlər Nazirliyinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququ da verilib.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48