Beren Saat Kənan Doğulunu niyə tək qoydu?
29 iyun 2019 10:08 (UTC +04:00)

Beren Saat Kənan Doğulunu niyə tək qoydu?

Türkiyənin tanınmış müğənnisi Kənan Doğulunun konsertində həyat yoldaşı Beren Saatın iştirak etməməsi müzakirələrə səbəb olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, konsert zamanı aktrisanın qayınanası Serpil Doğulu mediaya açıqlamasında Berenin tətildə olduğunu söyləyib. Lakin Kənanın anasının yalan danışdığı məlum olub. Belə ki, həmin gün Beren ticarət mərkəzlərinin birində alış-verişdən çıxarkən kameralara tuş gəlib. Aktrisa həyat yoldaşından boşanmadığını, münasibətlərinin qaydasında olduğunu deyib.

 

# 729
avatar

Yalçın UĞUR

Oxşar yazılar