
Girovluqdan azad edilən Elvin İbrahimovun səhhətilə bağlı AÇIQLAMA
0
0
"Bu gün girovluqdan azad edilən Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib".
Bunu APA-nın yerli bürosuna açıqlamasında Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib.
Baş həkim bildirib ki, E. İbrahimovun vəziyyəti kafidir: “Hazırda həkimlərin nəzarəti altında tibbi müayinələr aparılır. Onun həyatı üçün heç bir təhlükəli məqamlar görünmür. Yaxın günlərdə müayinələr yekunlaşdıqdan sonra Elvin İbrahimov evə buraxılacaq”.
0
0