
Məşhur aktyorlar qazilərin yanına niyə gəlmişdi? - BİR FOTONUN TARİXÇƏSİ
Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkə hesabında maraqlı foto paylaşıb. Belə ki, fotoda bir neçə döyüşçü Azərbaycanın xalq artistləri Səyavuş Aslan və Kamal Xudaverdiyevlə birgə yer alıb.
Şəklin tarixçəsi ilə bağlı R.Kərimoğlu Lent.az-a bildirib ki, foto 1992-ci ilin sentyabr ayında çəkilib:
“Mən Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin batalyonunda döyüşmüşəm. İlk dəfə 1992-ci ildə iyul ayında zirehli maşınla minaya düşdüm və salamat qaldım. 1992-ci il avqust ayının 9-da isə düşmən arxasında kəşfiyyat tapşırığını yerinə yetirərkən yenidən minaya düşdüm və ayağımdan yaralandım.
Həmin şəkil isə sentyabr ayına təsadüf edir. Əziz Əliyev adına Travmatologiya institutuna yerləşdirilmişdim. Yaralarım hələ sağalmamışdı, ancaq xəstəxanada qala bilmirdim. Yoldaşlarıma kömək etmək üçün həkimləri məcbur razı saldıq ki, bizə çıxmağa icazə verilsin və biz cəbhə bölgəsinə geri qayıdıb yoldaşlarımıza kömək edək. Razılıq alıb xəstəxanadan çıxdıq. Bakıda heç kimim yox idi, döyüşçülərlə birlikdə oturub “Mirvari” restoranında yemək yeyirdik, gördük ki, Səyavuş Aslan və Kamal Xudaverdiyev həmin ərazidə gəzirlər. Bizləri görüb özləri yaxınlaşdılar və xeyli söhbət etdik. Böyük sənətkarlar bildirdilər ki, bizimlə fəxr edirlər".
R.Kərimoğlu əlavə edib ki, sonradan batalyona Bəxtiyar Vahabzadə və Əhmədiyyə Cəbrayılov da gəlib.
Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29