Bakıda “Cabir-012” ləqəbli “avtoş”u qətlə yetirən şəxsə hökm oxundu
24 iyun 2019 14:01 (UTC +04:00)

Bakıda “Cabir-012” ləqəbli “avtoş”u qətlə yetirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E.Şərifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.
Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.
 
Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub.
# 825
avatar

Oxşar yazılar