
Deputatlar autizm və daun sindromundan əziyyət çəkən uşaqları sevindirdilər
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Loqopediya Akademiyasında Autizm və Daun sindromundan əziyyət çəkən uşaqlarla görüş keçirilib.
Lent.az xəbər verir ki, görüş Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova və parlamentin Elm və Təhsil komitəsinin üzvü, deputat Sona Əliyevanın təşəbbüsü ilə baş tutub. Tədbirdə millət vəkilləri ilə yanaşı Azərbaycan Loqopediya Akademiyasının rəhbərliyi və işçiləri, media nümayəndələri, uşaqların valideynləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Uşaqları təbrik edən deputat Dilarə Cəbrayılova bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib: “Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub".
Deputat Sona Əliyeva da ilk növbədə uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, dövlətimizlə yanaşı, hər bir kəs də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir: “Bildiyiniz kimi, Uşaqları Beynəlxalq Müdafiə Günü dünyada və ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir kəs əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir”.
Deputatlar çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, eyni zamanda Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışıblar.
Millət vəkilləri autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıblar.
Deputatlar görüşdə iştirak edən hər bir ailə, autizm və duan sindromlu uşaqla ayrıca da söhbət edərək qayğılarını dinləyiblər. Daha sonra millət vəkilləri tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35