
Problemli kreditlər üzrə kompensasiyaların 91,4 faizi bankların hesablarına köçürülüb
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin müvafiq xərc maddəsindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün altı tranş çərçivəsində ümumilikdə 600,1 mln. manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.
Maliyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 18.04.2019-cu il tarixində 350,8 mln. manat, 06.05.2019-ci il tarixində 53,5 mln. manat, 14.05.2019-cu il tarixində 26,3 mln. manat, 15.05.2019-cu il tarixində 42,6 mln. manat, 23.05.2019-cu il tarixində 46,2 mln. manat və son olaraq 31.05.2019-cu il tarixində 80,6 mln. manat məbləğində vəsaitlər bankların, ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.
Beləliklə, bugünkü tarixə Maliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların 91,4%-i bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı Fərmanda baş vermiş devalvasiyalar nəticəsində dəymiş zərərlə bağlı fiziki şəxslərə hesablanmış kompensasiya məbləğinin 3 aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi tapşırılıb.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00