
Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirdi
“Azərbaycanda terror ilə bağlı olan xəbərdarlıq yeni deyil. Saytımızda Azərbaycana səyahətlə bağlı etdiyimiz ən yaxın yenilənmə mayın 1-də olub. Yenilənmə budur ki, biz Azərbaycana İstanbul üzərindən səyahət etməklə bağlı məsləhəti çıxarmışıq”.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti ONA-nın London bürosunun sorğusuna cavab olaraq bildirlib.
Cavabda qeyd olunub ki, xaricə səyahət edəcək britaniyalılar üçün hər ölkə haqqında məsləhət səhifələri var. “Hər bir ölkəyə aid səyahətlə bağlı məsləhət səhifəsində bu ölkədəki terror təhdidinin qiymətləndirilməsi barədə məlumatlar olan xüsusi bir bölmə var. Bu, Britaniya vətəndaşlarına daimi qayğı göstərmək vəzifəsini yerinə yetirməyi təmin etmək məqsədi daşımaqdadır. Azərbaycandaki terror təhdidi ilə bağlı qiymətləndirməyimiz dəyişməyib".
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16