
Los Ancelesdəki baş konsulumuz Pakistan icmasının ali mükafatı ilə təltif edilib
ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.
Konsulluqdan ONA-ya verilən məlumata görə, mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan tərəfindən Los Ancelesdə keçirilən mərasimdə təqdim olunub.
Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə “dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə” verdiyini elan edib.
Tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər.
Baş konsul mərasimdə çıxış edərək Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. Hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45