![[b]"Mən məhkəməyə verilməmişəm” - Rəşad İlyasov[/b]](https://lent.az/storage/news/2019/april/16/big/fd7e1923e2d330b339d74e6b6ebaa7c8.jpg)
[b]"Mən məhkəməyə verilməmişəm” - Rəşad İlyasov[/b]
“Verilişi bağlamayıblar, sadəcə, mən bir müddət aparıcılıq etməyəcəyəm”.
Bu sözləri AzTV və Mədəniyyət kanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramının bağlanması ilə bağlı ONA-ya danışan əməkdar artist Rəşad İlyasov deyib.
O bildirib ki, “Yaradanlar və yaşadanlar” verilişinin bağlanması xəbəri yalandır: “Son vaxtlar baş verən hadisələr mənə toxundu, səhhətim də yaxşı deyil. Buna görə də həm mən, həm də rəhbərlik belə qərara gəldik ki, bir müddət verilişi aparmayım. Vaxtını dəqiq bilmirəm, amma bir müddət aparıcılıq etməyəcəyəm”.
Rəşad İlyasov məhkəməyə verilməsinə də aydınlıq gətirib: “Mən məhkəməyə verilməmişəm. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Space” kanalı cərimələnib. Əgər kanal o cəriməni ödəməsə, məhkəməyə veriləcək. Bu qərar ifaçılara aid deyil”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib. Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55